Məhsullar

wave
Protezlər

Ayaq protezləri

  • AsMed Ortopedi
  • 12 Oktyabr 2022
thumb
Protezlər

Uşaq protezləri

  • AsMed Ortopedi
  • 12 Oktyabr 2022
thumb
Protezlər

Protez qol

  • AsMed Ortopedi
  • 12 Oktyabr 2022
thumb

Məqalələr

wave
  • AsMed Ortopedi
  • 12 Oktyabr 2022
Protezlərə Necə Qulluq Edilir?

Protez cihazların tarixi qədim dövrlərə gedib çıxır. Əzalarını itirmiş insanlara kömək etməklə başlayan...

  • AsMed Ortopedi
  • 12 Oktyabr 2022
Həyata qaldığın yerdən davam et!

İnsanın başına gələn bütün yaxşı və pis hadisələrdən əvvəl və sonra həmişə fərqli olur.

Haqqımızda
Artıq on ildir ki,gənc və dinamik komandamız ilə xidmətinizdə olan şirkətimiz protez və ortez sahəsində yeniliklərə imza atmaqla yanaşı son model elektronik ,bionik və kosmetik protezlərin tam professionallıqla tətbiqini və protez sonrası reabilitasiyasını həyata keçirməkdədir.

Missiyamız
Məqsədimiz protez və ortezə ehtiyacı olan xəstələrə son texnologiyalı protezlərin tətbiqi ilə yüksək səviyyəli xidmət göstərməklə yanaşı onlara yeni həyat sevincini yaşatmaqdır.

Amputasiya sonrası
Məlum olduğu kimi amputasiya sonrası bir çox xəstələrdə bədən üzvünü itirdiyi üçün bir narahatlıq hissi,həyat müqavimətində geriləmələr və ümidsizlik yaranır.Bu kimi narahatlıq hisslərinin yaranmaması üçün amputasiyadan sonrakı həyatının necə olacağı haqqında yetərincə bilgi alır ki,bu məlumat nəticəsində xəstədə bir ruh yüksəkliyi yaranır.İki ay sonra o da həyatının dayandığı yerindən həyata heç nə olmamış kimi davam edə bilir.

Protez tətbiqi
Amputasiyadan təxminən 2-3 ay sonra xəstə ortoped texniklərimiz tərəfindən müayinə olunduqdan sonra 1 ay içində protez tətbiqinə başlanılır və 1 və ya 2 həftə içində protez tətbiq olunaraq xəstə bizim tərəfimizdən yeridilməyə başlanılır və yeriyiş reabilitasiyası zamanı tam yüksək performanslı yeriyişə sahib olaraq normal həyat tərzinə davam edir.
İnsan anatomiyasındakı fərqliliklərə görə protez istehsalı qabaqcıl bilik,təcrübə və bacarıq tələb edən xüsusi və mürəkkəb bir işdir.Məqsəd xəstə ilə mükəmməl uyğunlaşan,ən yüksək səviyyədə rahatlıq təklif edən,təhlükəsiz və rahat protez ayaq istehsal etməkdir.
AsMed otropedi texnikləri müxtəlif xüsusiyyəylərə malik bir çox xəstənin ehtiyac və istəklərini qarşılamaq üçün protez ayaqların istehsalında təcrübə və biliyə malikdirlər.

Diz altı protezlər
Transtibial amputasiyalarda tətbiq olunan protezlər diz altı protezlər adlanır .Diz altı amputasiyalar protez tətbiqi üçün ən ideal amputasiya olaraq tanınmışdır, çünki bu amputasiyada xəstənin enerji sərfiyyatı daha az olur.
Bu cür amputasiyalarda protez tətbiqi zamanı xəstəyə ən uyğun son model protez tətbiq olunması tövsiyyə olunur.

Diz üstü protezlər
Transfemoral amputasiyalarda istifadə olunan protezlərin hamısı diz üstü protezlər adlandıra bilərik.Diz üstü protezlərdə xəstənin performanslı və ideal yürüyüşə sahib olması üçün diz oynağı seçimi doğru olmalıdır ki,xəstə güvənli və dinamik diz oynaqlı protezlə amputasiyadan öncəki dinamikliyini və yeriyərkən addımlarını balanslaşdıra bilsin.

Bionik əl protezi
BeBionic Bionic əl dizaynı ilə istifadə rahatlığı təqdim edir.Protez davamlılıq,performans və istifadə rahatlığı prinsipləri ilə istehsal olunur.Təbii istifadəyə və bütün oynaq barmaqlarına uyğundur.Üstün hərəkət diapazonu və tutma qabiliyyəti sayəsində təbii əl hərəkətlərindən istifadə edərək gündəlik işlərin görülməsini təmin edir.

Qol protezi
Dirsəkdən yuxarı amputasiyalar xüsusi haldır,çünki dirsək funksiyasını əlin funksiyaları ilə yanaşı protez də yerinə yetirməlidir.Dynamic Arm dirsək oynağı xüsusi texnologiyası sayəsində hərəkətlərinizi təbii şəkildə etməyə imkan verir.Dynamic Arm əzələlərinizdən gələn siqnallarla idarə olunur və elektrik mütəhərriki ilə işləyir.Dynamic Arm idarəetmə bloku həmçinin əzələ siqnallarını protez ələ ötürərək fırlanma,eləcə də əlin açılması və bağlanmasını təmin edir.Siz,həmçinin Dynamic Arm-ı uzada və əyə bilərsiniz...

Miyo elekronik qol protezi
Dirsəkdən aşağı qol amputasiyalarından sonra edilən qol protezlərində dirsək oynağı toxunulmaz qaldığından,dirsək üstü protez kimi dirsək oynağına ehtiyac yoxdur,ancaq əldə açılma-bağlanma hərəkətləri və qolda fırlanma lazımdır.Miyoqol protezləri bu əsas ehiyacları qarşılaya bilən sistemdir.

Silikon kosmetik protezlər
Ankoloji əməliyyatlar, travmatik zədə və ya doğumsal fərqlər səbəbi ilə üz və ya bədənin hər hansı bir hissəsini itirmiş xəstələrin, itirilmiş bədən üzvünün silikon kosmetik protezlərlə əvəz olunması kosmetik görünüş üçün önəmlidir. Qulaq, burun , barmaq, əl, ayaq kimi kosmetik protezlərin xəstəyə özəl hazırlanması və itirmiş olduğu əvvəlki bədən üzvünün əvəz edilməsi xəstədə ruh yüksəlişi və özgüvən yaradar.